azia.az
azia.az

Qırğızıstanda Azərbaycana qarşı təxribatın qarşısı alındı – Gilm nümayiş olunmayacaq

7-07-2022, 19:40

Qırğızıstanda Azərbaycana qarşı təxribatın qarşısı alındı – Gilm nümayiş olunmayacaq
Ermənilərin Qarabağ haqqında çəkdikləri və faktların təhrif olunduğu filmin Qırğız Respublikasının paytaxtı Bişkekdə nümayişi ləğv olunub.

Bunu Qırğız Respublikasında AZƏRİ İctimai Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan diasporunun səyləri nəticəsində filmin nümayişi baş tutmayacaq.

Qeyd edək ki, iyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılmışdı. Erməni təxribatının daha bir aləti olan bu ekran əsəri vəziyyəti yalnız erməni mövqeyindən nümayiş etdirir.

Ermənilər tərəfindən çəkilən sözügedən filmdə isə hadisələr Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarında cərəyan edir. Film bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hislərinin təbliğinə xidmət edir. Azərbaycana qarşı təxribat xarakterli nümayişin “Alliance Francaise Bishkek” tərəfindən təşkil olunduğu qeyd edilir.

Film Ermənistan, Fransa və Belçikanın birgə istehsalıdır.

“24 saat” “Qırğızıstanda Azərbaycana qarşı təxribatın qarşısı alındı – Gilm nümayiş olunmayacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi