azia.az
azia.az

Bəylər Əyyubovun adı QALMAQALDA HALLANIR... - ÖZBAŞINALIQ!

7-07-2022, 10:22

Bəylər Əyyubovun adı QALMAQALDA HALLANIR... - ÖZBAŞINALIQ!
Bakı şəhər sakini Şəmsiyyə Qürbətova Ukraynadan vətənə dönəndən problemlərlə üzləşib. Qürbətdə olan var-dövlətini sataraq Azərbaycana gələn Qürbətova aldadılıb. Xətai rayonu ərazisində daşınmaz əmlak alıb. Amma sonradan sənədlər ikili çıxıb.

İllərdir uzanan bu qalmaqallı olayın hazırda da məhkəmə çəkişməsi davam edir. Onun xeyrinə məhkəmə qətnamələri olsa da həll olunmur. Xırdalan şəhərindən aldığı daşınmaz əmlakla bağlı məsələ daha qəlizləşib. Əvvəl başına gələnlərdən nəticə çıxaran Ş.Qürbətova Ruhulla Axundov küçəsində "Hasil" MMC-dən aldığı 300 kvadrat metrlik qeyri yaşayış sahəsini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində yoxlatdırıb. Obyektin ilkin sahibi olduğunu öyrənib. Lakin tikintini sonradan "FATEH 2012" şirkəti davam etdirib. İşini ehtiyatlı tutan Qürbətova məhkəməyə müraciət edib. Abşeron Rayon Məhkəməsi 2019-cu ilin avqustunda qeyri-yaşayış sahəsinin tikilib Şəmsiyyə Qürbətovaya təhvil verilməsi barədə qətnamə çıxarıb. Qanunvericilikdə nəzərdə tutulan müddət bitdikdən sonra məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb.

Obyektinin talehi ilə maraqlanan Qürbətovaya bildirilib ki, "Şərur" MTK-nın direktoru İsfəndiyar Axundova müraciət etsin. Çünki tikintini hazırda onlar davam etdirir. Şətinliklə də olsa Şərurlu İsfəndiyarın qəbuluna düşən şikayətçi heç də xoş xəbər almayıb. İsfəndiyar Axundov ona bildirib ki, məhkəmə qətnaməsi boş şeydir, mən onu ləğv etdirəcəyəm.

Şəmsiyyə Qürbətova onu aldadan Əsgərov Hüseynin həm tikinti şirkətləri, həm prokurorluq, həm də ədliyyə orqanları ilə əlaqəli olduğuna bir daha əmin olduğunu bildirib. Əsgərov Hüseynin arxasında Prezidentin Mühafizə Xidmətinin rəisi General Bəylər Əyyubovun şəxsən dayandığı da anlaşılır. Hər halda, adam özü belə iddia edir...

Əlavə bilgilərimiz olacaq. Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Əlaqədar YAZI: My Webpage


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi