azia.az
azia.az

İşguzar kollektiv

2-07-2022, 13:36


         İşguzar kollektiv
Xəzər rayonu Şüvəlan qəsəbəsi Baknın əsrarəngiz gözəlliyə malik olan qəsəbələrindəndir. Qəsəbədə yaşayan insanların bütün problemlərinin həllində xüsusi fəallığı ilə seçilən İnzibati Ərazi Dairəsinin nümayəndəliyi işlərini günün tələbləri səviyyəsində qurur. Bu nümayəndəliyin rəhbəri Axundov Mirzərauf sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün əlindən gələnləri əsirgəmir.
Mirzərauf Axundov 1994-cü ildə İnşaat Mühəndislər İnstitutunun sənaye-mülki tikinti fakültəsini bitirib. 1998-ci ildən isə icra strukturlarında çalışıb. Bir müddət rayonlarda tikinti sahəsində işləyib. Onu da qeyd edək ki o ilk əmək fəaliyyətinə 1986 -cı ildə Şüvəlan qəsəbəsindəki Qənnadı Fabrikində Halva Zavod Qənnadı Qənd sexində başlayıb. Həmin qəsəbənin bələdiyyə sədri qəsəbədə öz öhdəsinə düşən işlərin yəni abadlıq-quruculuq işlərində Telman Süleymanovun də xüsusi xidmətləri var.
R. Axundovun nümayəndəsi olduğu bu ərazidə 24545 nəfər yaşayan əhaliyə xidmət göstərir. İdarədə 4 nəfər əməkdaş çalışır. Onu da vurğulayaq ki, sabiq icra başçısı
G. İslamov tərəfindən fəxri fərmana layiqnq görülüb. Nümayəndəliyin rəhbəri mütəmadi olaraq qazi və şəhid ailələri ilə görüşlər keçirir, onların ortaya çıxan problemlərinin həllində imkan daxilində köməklik edir.
Rauf müəllim həm də gözəl ailə başçısıdır. Onun 2 övladı, 1 nəvəsi var.
Biz də Rauf müəllimə işlərində uğurlar arzulayırıq.


C.Vaqifoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi