azia.az
azia.az

Ermənilər Ağdərədəki kəndlərdən köçürülür

23-06-2022, 09:24

Ermənilər Ağdərədəki kəndlərdən köçürülür
Xəbər verildiyi kimi, Azərbaycan Xankəndi ilə Ermənistanı birləşdirən Laçın yolunun alternativini inşa edərək, başa çatdırmaq üzrədir. Rəsmi məlumatlara görə, yeni Laçın yolu Laçın şəhərindən kənar keçəcək və iyulun 1-də istifadəyə veriləcək. Yolla bağlı bütün texniki və təhlükəsizlik şərtləri isə tam qaydasındadır.

Xəbər verilir ki, Zabux qəsəbəsinin yaxınlığından keçəcək yeni yol istifadəyə verildikdən sonra razılaşmaya əsasən ermənilər həm Laçın şəhərini, həm Zabux qəsəbəsini, həm də Şuşanın bir neçə kəndini tərk etməlidirlər. Lakin ermənilərin nə Laçını, nə də adları çəkilən kəndləri boşaltmaq niyyətləri var. Hərçənd Ermənistan hökuməti onlara xəbərdarlıq edib və oradakı evlərinin müqabilində kompensasiya təklif edib.

Erməni mediasının yaydığı məlumata görə, Qarabağda yaşayan ermənilər baş verənlərdən ciddi şəkildə narahat olmağa başlayıblar. Çünki onları təkcə Laçından deyil, həmçinin Ağdərə istiqamətində yerləşən bir neçə kəndlərdən də çıxarmağa hazırlaşırlar. Həmin məlumatlara görə, yeni yol istifadəyə verildikdən sonra Laçın, Zabux və daha bir neçə kəndi tərk etməkdən başqa yolları qalmayıb. Belə ki, həmin kəndlərdə qeyri-qanuni məskunlaşmış erməni əhalisinə Xankəndiyə köçmək təklif olunub. Lakin onlar bundan imtina ediblər. Ermənilər Ermənistana köçərək, orada yaşamağı qərarlaşdırdıqlarını deyiblər.

Qeyd edilir ki, alternativ yolun təhvil verilməsindən sonra Laçın şəhəri iyulun 1-də Azərbaycan tərəfinə təhvil veriləcək. Lakin prosesin bir neçə gün yubana biləcəyidə istisna edilmir. Belə ki, orada qanunsuz olaraq məskunlaşmış ermənilər evlərini tərk etmək fikrində olmadıqlarını bildiriblər. Bu səbəbdən də köçürülmə əlavə olaraq 15-20 gün vaxt ala bilər.

Maraqlı məqam isə Ağdərə istiqamətində yaşanır. Bir həftə öncədən etibarən Tərtər və Ağdama yaxın ərazilərdə yerləşən və hazırda rus sülhməramlılarının nəzarətində olan kəndlərdə yaşayan ermənilərin köçünə də hazırlıq görülür. Mənbə hələlik həmin kəndlərin adlarını çəkməyib. Amma bildirib ki, kəndlərdəki erməni əhalisinin çıxarılması prosesinə start verilib və məsələ rus sülhməramlılarının nəzarəti altında həyata keçirilir.

Mənbəmiz bu köçün nə ilə bağlı olduğunu, həmin kəndlərin niyə boşaldıldığı barədə suala cavab olaraq qeyd edib ki, bu, Azərbaycan tərəfinin tələbi əsasında həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi