azia.az
azia.az

Lavrov Bakıda olanda Laçın niyə atəşə tutuldu?

25-06-2022, 09:12


Ermənistan Laçını yenidən atəşə tutdu: Lavrovun Bakıda olduğu vaxt törədilən bu təxribat xüsusilə diqqət çəkir və son proseslər fonunda hücumun hədəflərini anlamaq mümkündür.
Lavrov Bakıda olanda Laçın niyə atəşə tutuldu?
Birincisi, İrəvan sərhədin delimitasiyası prosesində istəyinə nail olmaq istəyir:

Lavrov Prezident İlham Əliyevin qəbulunda bildirdi ki: "Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırdır, bu barədə konkret təkliflər var, onları Sizinlə müzakirə etməyə şad olaram".

Bildirilir ki, Moskva delimitasiya prosesində "hakim" rolunu qorumaq istəyir, təkliflər də bu yöndədir, lakin bunun üçün Bakının mövqeyi nəzərə alınmalıdır. Ermənistan delimitasiyasının SSRİ dağılanda mövcud olan xətlər üzrə aparılmasını istəsə də, Azərbaycan SSRİ dövrünün, hətta XX əsrin əvvəlindən mövcud olan xəritələrin əsas götürülməsini tələb edir və istisna deyil ki, Lavrovla müzakirə edilən məqamlardan biri də budur. Delimitasiya komissiyasının Moskvada keçiriləcək növbəti görüşə qədər bu məsələlər həllini tapmalıdır, çünki Rusiyanın marağında olan kommunikasiyasının açılması üçün sərhədin müəyyən edilməsi prosesi başlanmalıdır.
Lavrovun Bakıda müzakirə apardığı vaxt ermənilərin təxribat atəşi açması "Delimitasiya prosesində Ermənistanın mövqeyi nəzərə alınmalıdır" mesajının çatdırılmasına hesablanıb.

İkincisi, açılan atəş Laçın şəhərinin Azərbaycana təhvil verilməsinə qarşı mümkün təxribatın başlanğıcı ola bilər.

10 noyabr razılaşmasına uyğun olaraq, şəhərin mərkəzindən keçən dəhlizin yeni marşrutunun hazırlanması sürətlə həyata keçirilir. Məlumatlara görə, yeni yol ən tez 1 iyul tarixinə, ən gec ilin sonuna kimi istifadəyə verilə bilər. Bakıda Lavrovla bu məsələnin də müzakirə edildiyi mümkündür. Ermənilərin Laçın istiqamətində atəşkəsi pozması Laçın şəhərinin təhvil verilməsinə qarşı addımlara start verildiyi gözləntisini də ön plana çıxarır.

Sərhəd komissiyasının Moskvada keçiriləcən növbəti görüşünə qədər sərhəddə erməni təxribatlarının intensivləşəcəyi də istisna deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi