Prezident Niyazi Səfərovu vəzifəsindən azad etdi
![]()
İqtisadiyyat nazirinin müavini tutduğu vəzifədən azad edilib.
Xəbər verilir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işdən çıxarılıb.
Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf nazirinin müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.