azia.az
azia.az

Səbinə Əliyeva AZAL-dan 30 min manata təyyarə icarəyə götürüb

21-06-2022, 13:06

Səbinə Əliyeva AZAL-dan 30 min manata təyyarə icarəyə götürüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürüb.



İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.



İcarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.



Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi