azia.az
azia.az

Ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi: Aytən Muradova xəsarət aldı

17-06-2022, 07:22


Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. "Report”un Fransa bürosu xəbər verir ki, ermənilər Parisdə "Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi: Aytən Muradova xəsarət aldı
Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın "Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş "Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi