azia.az
azia.az

Ofisiant kağıza yazdığı qeydi gizlicə 13 yaşlı qıza göstərdi: Dəhşətli hadisənin üstü açıldı

11-06-2022, 08:21


ABŞ-ın Florida əyalətində ofisiant dəhşətli hadisənin üstünü açıb.
Ofisiant kağıza yazdığı qeydi gizlicə 13 yaşlı qıza göstərdi: Dəhşətli hadisənin üstü açıldı
Xəbər verilir ki, o, restorana atası ilə gələn uşağın hərəkətlərindən şübhələnib. Ofisiant kağıza “Sənə kömək lazımdır?” yazdığı qeydi gizlicə uşağa göstərib. Kimliyi gizli saxlanılan 13 yaşlı qız köməyə ehtiyacı olduğuna işarə edib. Ofisiant əraziyə polis çağırıb. Məlum olub ki, qızın yanındakı şəxs onun ögey atasıdır. Araşdırmalar zamanı ögey atanın uşağı istismara və şiddətə məruz qoyduğu üzə çıxıb.

Bildirilir ki, qız ailədən uzaqda olan yerdə saxlanılıb. O, hərbi xarakterli çətin tapşırıqlar icra etməyə məcbur edilib. Uşaq qida ilə az təmin olunub. Polis ögey atanı nəzarətə götürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi