azia.az
azia.az

Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

3-05-2022, 08:09


Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı
Xəbər verilir ki, rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb.
31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Hadisəni törədən yeniyetmə ilkin ifadəsində bildirib ki, atalığı onun bacısının qızına xoşagəlməz söz dediyinə görə bıçaqlayıb. Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi