azia.az
azia.az

Cavid Osmanov: "Əli Əliyev və digərləri aclıq aksiyası keçirərək təzyiq göstərmək niyyətindədirlərsə, bilsinlər ki…"

9-06-2022, 11:36


“Son illər konkret cinayət əməli üzrə həbs edilən şəxslərin bəziləri aclıq aksiyası keçirərək məhkəmələrə təzyiq etməyə çalışırlar. Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev də bu yolu tutdu. Aclıq aksiyası keçirərək çalışdı ki, təzyiq göstərsin. Bu addım işə yaraya bilməz. Kiminsə hansısa rayon məhkəməsindən narazılığı varsa, digər məhkəmə instansiyalarına müraciət edə bilər. Bu, hər kəsin hüququdur. İşin, hətta Avropa İnsan Hüquqları Məhkəməsində də davam etdirilmə ehtimalı var. Əli Əliyev və digərləri aclıq aksiyası keçirərək hər hansı təzyiq göstərmək niyyətindədirlərsə, bilsinlər ki, bu, effekt verməyəcək. Belə çıxır ki, kimsə qətl, ya da başqa cinayət törədirsə və məhkəmə onun haqqında həbs qətimkan tədbiri qərarı çıxarırsa, o, dərhal aclıq aksiyası keçirərək azadlığa çıxa bilər? 1990-ci illərin əvvəllərindəki xaotik vəziyyətə ağılları gedirsə, artıq elə bir ölkə yoxdur. Azərbaycan hüquqi islahatlar aparılmış qüdrətli dövlətdir”.

Cavid Osmanov: "Əli Əliyev və digərləri aclıq aksiyası keçirərək təzyiq göstərmək niyyətindədirlərsə, bilsinlər ki…"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.



Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və bu sahədə son illər ərzində xeyli islahatlar həyata keçirilib: “1991-1993-cü illərdə ölkədə xaos, anarxiya hökm sürürdü, qanunlar işləmirdi, vətəndaş qarşıdurması var idi, dövlətçilik ənənələri mövcud deyildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyinin ənənələri qoyuldu. Bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatlar aparıldı. 2003-cü ildən bu günədək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu sahədə inkişaf yolu keçib. Ölkəmiz hazırda ən sabit ölkələrdəndir, təkmil hüquqi baza formalaşdırılıb”.



Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi