azia.az
azia.az

"Dul qadın donqarlığı" sindromu - Kimlərdə olur?

8-06-2022, 08:32


"Dul qadın donqarlığı" sindromu - qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast gəlinir.

Xəbər verilir ki, bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.
"Dul qadın donqarlığı" sindromu - Kimlərdə olur?
Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir. Estrogenlərin azaldığı yaşananda qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır.

Bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7-ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyyəsinə cəmlənir.

Boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur. "Dul qadın donqarlığı" sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir.

Boyun nahiyyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır.

Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır. (Medicina.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi