Atdan yıxılan məşhur şairin vəziyyəti ağırdır - VİDEO
Xəbər verdiyimiz kimi, nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət almasının görüntüləri yayılıb.![]()
Xəbər verilir ki, hadisə itlərin Qurbanovun atına hücum etməsi nəticəsində baş verib. At hürkdüyündən şairi yerə çırpıb.
C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.
***
Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.
Redaktor.az xəbər verir ki, yaxınlarının dediyinə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.
C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.
Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.
Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.