Məşhur aktyorun oğluna barda xəsarət yetirdilər - Vəziyyəti ağırdır
Rusiyalı aktyor Maksim Drozdun oğlu Yeqor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə "Yorik Hamleti öldürdü" barında baş verib. Naməlum şəxs 24 yaşlı Drozdun başına iki zərbə endirib. Üstəlik, zərərçəkən yıxılarkən başından yenidən zərbə alıb. Gənc xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və orta dərəcəli beyin əzilməsi diaqnozu qoyulub, qurbanın qanında spirt aşkar edilib.