Filarmoniyadakı BİABIRÇILIQLA BAĞLI nazirlik məlumat yaydı
Mədəniyyət Nazirliyi Filarmoniya bağındakı restoranın fəaliyyəti ilə bağlı açıqlama yayıb.
Azia.az APA-ya istinadla bildirir ki, nazirlikdən verilən xəbərə görə, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib:
"Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz".
Qeyd edək ki, bir müddət öncə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.