azia.az
azia.az

Separatçı-quldur “nazir”dən acı etiraf – “Heç olmasa, “artsax”dan qalan hissəni...”

30-05-2022, 21:25


Azərbaycanın davası əlbəttə ki, erməni xalqı ilə deyil, olmayıb da. Bizim davamız zavallı erməniləri hələ də maniakal şəkildə Türk soyuna qarşı heyvani nifrətə kökləyib bu nifrətin bitməsinə imkan verməyən, iki əsrdir onu faktiki girov saxlayan əcaib məxluqatladır.

Əfsuslar olsun ki, bu məxluqatın təmsilçiləri 44 günlük müharibədən sonra da haqq yoluna gəlmək istəmir, təzə reallığı israrla iqnor edirlər. “Bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar.
Separatçı-quldur “nazir”dən acı etiraf – “Heç olmasa, “artsax”dan qalan hissəni...”
Qaytarmaq, geri qayıdış söhbəti isə olmayacaq, çünki qaytaran olmayacaq. 30 ildə necə səbir elədiksə, yenə səbirlə yerdə qalan hədəflərimizə də çatacağıq. Təbii ki, bu dəfə 30 ildən söhbət getmir...

“Azərbaycanın əsas məqsədlərindən biri istənilən vasitə ilə Ermənistan tərəfindən “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına nail olmaqdır”.

Bunu özünü komikcəsinə “dqr”in, yaxud “artsaxın xarici işlər naziri” adlandıran, Azərbaycanın beynəlxalq axtarışa verdiyi erməni banditlərindən biri David Babayan öz Facebook səhifəsində yazıb.

“Belə bir tanınma bizim üçün geosiyasi və mənəvi-psixoloji fəlakət olacaq. Bizdən ötrü Azərbaycanın bir hissəsi olmaq qətiyyən qəbuledilməzdir. Hətta bütün dünya belə düşünsə belə, bizim bunun qarşısını almaq imkanımız olacaq. Heç olmasa “artsax”dan qalan hissəni saxlamaq və Azərbaycan tərəfindən tamamilə udulmamağımız üçün bütün imkanlar var. Hər şey özümüzdən asılıdır”, - Babayan ümidsizcəsinə yazıb.

Görəsən o hansı ”imkanlardır” elə “dqr naziri” haqqında dəm vurur?! Bilmək çox maraqlı olardı. Nə oldu bəs, qondarma “artsax parlamenti” az öncə “işğal edilmiş artsax əraziləri haqda qanun” çıxarmışdı...

Bir necə il qabaq isə həmin bu Babayan növbəti dəfə Azərbaycan xalqı ilə məzələnərək, əsəblərimizlə oynayaq özündən razı şəkildə demişdi: “Əlbəttə, Şuşidə (Şuşada – Z.S.) Azərbaycanın da bayrağı dalğalana bilər - Azərbaycan konsulluğunun binasında”.

Amma indi rus sülhməramlıların arxasında gizlənərək və yazıq görkəm alaraq, “heç olmasa, artsaxdan qalan hissə”nin dərdini çəkməyə başlayıb.

Ermənilərin özlərinin belə “nazir” yerinə qoymadığı Babayana sual: bəs qorxmursan ki, həmin o yeni “qanun” əsasında ittiham edilərsən? Olmaya “artsaxın ərazi bütövlüyü”nə şübhə eləməyə, ağıllanmağa başlamısan?

Ancaq Babayan bu xüsusda narahat-zad olmasın. Xankəndində onu heç kim ittiham eləməyəcək. Çünki məhkəmə “Şeytan yuvası”nda deyil, Bakıda olacaq! Legitim Azərbaycan qanunları əsasında! Sözsüz ki, “dqr xarici işlər naziri” ilə yanaşı, müttəhimlər kürsüsündə digər separatçı-cinayətkar ünsürlər də oturacaq. O gün uzaqda deyil...

Xatırladaq ki, David Babayan erməni separatizminin əsas ideloqlarından sayılır. Bənzətmə bir elə ədalətli olmasa da (intellekt və miqyas baxımından), təxminən Gebbels nasist Almaniyası üçün hansı önəmdə idisə, bu dığa da erməni separatizminin, anti-türk isterikasının, erməni faşizminin daim təzə qalması və sönməməsi üçün eyni irqçi missiyanı daşıyan zatdır. Xocalı hərbi canisi Robert Köçəryan Azərbaycan və erməni xalqlarının birgə yaşayışının genetik mümkünsüzlüyü “nəzəriyyəsi”nin qatı tərəfdarı olduğu kimi, o da parlaq ultra-millətçilərdən, şovinistlərdəndir. Əlbəttə ki, separatizmə haqq qazandırmaq üçündür bu faşist nəzəriyyəsi, Njde ideologiyası.

Fəqət indi siçan deşiyində gizlənən babayanlar ayrı hava çalırlar. Qabaqda hələ çox havalar, etiraflar, məhkəmə ifadələri eşidəcəyik.

O ki qaldı “artsax”dan qalan hissə”yə, o da sizə nəsib olmayacaq. Boşuna xəyallar qurmayın. Çünki sizinki deyil. Sizin olmayan, qamarladığınız hər şey əlinizdən alınacaq. Sizə qalan tək şey qılıncınızı boynunuzdan asıb humanist Azərbaycan xalqından əfv diləməkdir. Həm də vaxt itirmədən...

Zahid SƏFƏROĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi