Erməni nazirdən GÖRÜNMƏMİŞ HƏYASIZLIQ: Şuşa bizimdir, ya müharibə ilə alacağıq, ya da Qarabağdan...
"Bu bizim üçün qəbuledilməz olub və olacaq. Biz Azərbaycanla mümkün qədər qonşu ola bilərik, onların bir hissəsi olmaq bizim üçün qəbuledilməzdir. Bizi məcbur edə biləcəklərini düşünməsinlər. Biz istəmiriksə, onlar nə edə bilərlər?".
Azia.az xəbər verir ki, bu fikirləri qondarma respublikanın xarici işlər naziri Davit Babayan deyib.
"Biz nə olursa olsun heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Ona görə də heç kim bizi belə bir qərara məcbur edə bilməz, əks halda iki yolumuz var. Ya yeni genişmiqyaslı müharibə, qan, ya da Qarabağda yaşayan ermənilər oranı tərk edəcək. Bizim Azərbaycanın tərkibində olmağımız qəbuledilməzdir, dünya nə etməlidir, bizim üçün məqbul deyilsə, bizi qıracaqmı, ona görə də təkrar edirəm ki, bu, müstəsna olaraq bizdən asılıdır".
D.Babayan onu da bildirib ki, Paşinyan demarkasiya və delimitasiya prosesinə razı olan sənədi imzalasa da Qarabağda yaşayan ermənilər üçün bu status qəbuedilməz olacaq.
"Sənədin imzalanıb-imzalanmayacağını aidiyyatı qurumlardan soruşmaq düzgün olardı, amma hesab edirəm ki, bu uzun prosesdir. Azərbaycanın daxilində istənilən status bizim üçün qəbuledilməzdir və biz heç vaxt işğaldan, tarixi torpaqlarımızdan əl çəkməyəcəyik. Şuşa bizim olub, bir gün onu yenə alacağıq "deyə Babayan həyasızcasına bir daha tarixi faktları unudaraq ərazi iddiasını dilə gətirib.
Görünür 44 günlük müharibə müddətində başı "Dəmir Yumruq"la əzilən düşmənin hələ də çirkin arzuları bitib tükənməyib.