azia.az
azia.az

Cahangir Əsgərov AZAL-ı RƏSMƏN ÇÖKDÜRÜB 76 MİLYONLUQ ZİYAN

18-05-2022, 11:27

Cahangir Əsgərov AZAL-ı RƏSMƏN ÇÖKDÜRÜB 76 MİLYONLUQ ZİYAN
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.

QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Cəmi kapitalı isə 779,760 milyon manata (9% çox) çatıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi