azia.az
azia.az

İş adamı ilə bağlı polisə şikayət - 200 minlik iddia

4-05-2022, 10:34

İş adamı ilə bağlı polisə şikayət - 200 minlik iddia
Tanınmış iş adamı Bəxtiyar Əzizli ilə bağlı polisə müraciət daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən 1983-cü il təvəllüdlü İqrar İsgəndərov ərizəsində Bəxtiyar Əzizlinin ona məxsus 200 min manat pulu ələ keçirdiyini bildirib.

Şikayətçi qeyd edib ki, 1984-cü il təvəllüdlü Bəxtiyar Kamal oğlu Əzizli 2021-ci ilin dekabr ayında onu aldadaraq pulu alıb və daha sonra geri qaytarmayıb.

Toplanmış materiallar Bakı Şəhər Baş Polis İdarəsindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Əzizli 2016-cı ildə neft sektorunda ixtisaslaşan “TOBOİL” və “Neftgen” şirkətlərini təsis edib. O, 2020-ci ildə “Baxmedia” şirkətini yaradıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi