Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Əksər insanlar sosial qınaq səbəbindən bariatik əməliyyata (mədəkiçiltmə) üz tuturlar.
Azia.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.
O qeyd edib ki, Azərbaycanda çox sayda insan artıq çəkidən əziyyət çəkir.
"Mədəkiçiltmə əməliyyatı edənlərin əksəriyyəti sosial qınaq səbəbindən bunu edirlər. Ona görə də bu cür əməliyyata hazırlaşan şəxslərin psixoloqa müraciət etməsi tövsiyə olunur"-deyə o qeyd edib.