Bakıda dəhşət: Polis qadın öldürüldü: Görün kim imiş - VİDEO
Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.
Xəbər verilir ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışıb. Serjant rütbəsini daşıyan Günay uroloq imiş.
Qeyd edək ki, ötən gün Xəzər rayon Polis şöbəsinin əməkdaşı, müstəntiq, polis mayoru 1989-cu il təvəllüdlü Tural Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində tanışı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.