azia.az
azia.az

"Al market" mağazasında BİABIRÇILIQ - Zor eləyirik satırıq - VİDEO

16-04-2022, 07:36

Binəqədi rayonu, Əcəmi Naxçıvani 48 ünvanında yerləşən "Al market" mağazasından kərə yağı alan alıcı evə gəldikdə görüb ki, aldığı yağın istifadə müddəti bitib.
"Al market" mağazasında BİABIRÇILIQ - Zor eləyirik satırıq - VİDEO
Həmin şəxs yenidən mağazaya qayıdıb və eyni marka olan bütün yağları yoxlayıb. Vitrində olan yağlardan nə az, nə çox, düz altı dənəsinin istifadə müddəti bitib. Alıcının "vaxtı keçmiş yağları niyə satışa qoymusunuz?" sualına isə satıcı "zor eləmişik" cavabı verib. Yəni "bir səhvdir eləmişik, diqqətsizliyi görə üzrlü sayın dərhal satışdan yığışdırarıq" yox ha, məhz "zor eləmişik". Satıcının bu cavabından sonra isə alıcı mağaza müdirinin çağırılmasını tələb etsə də, mağaza müdirinin olmadığı bildirilib.

Nəzərinizə çatdıraq ki, "Al market" mağazalar şəbəkəsi "Azərsun Holding" şirkətlər qrupuna daxildir. Məsələ ilə bağlı hər hansı açıqlama verilərsə Patrul.az olaraq işıqlandırmağa hazırıq. Patrul.a


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi