azia.az
azia.az

"Azəristiliktəchizat"dan AÇIQLAMA: - Qiymət artımı gündəmdə deyil

15-04-2022, 14:10

"Azəristiliktəchizat"dan AÇIQLAMA: - Qiymət artımı gündəmdə deyil
"Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edirlər". Azia.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bunu "Azəristiliktəchizat" ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, istehlakçılar arasında sorğu keçirib monitorinq aparıblar və əhali tarifin 15 qəpikdən 22-25 qəpiyə qaldırılmasına razı olub: "Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100% yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə o, əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi