azia.az
azia.az

Bu Zəngəzurun tutulması deməkdir - Erməni deputatdan ŞOK AÇIQLAMA

6-04-2022, 07:20


Ğtən gün Ermənistan müxalifəti İrəvanın mərkəzində hakimiyyət əleyhinə mitinq keçirib.
Bu Zəngəzurun tutulması deməkdir - Erməni deputatdan ŞOK AÇIQLAMA
Xəbər verilir ki, aksiyada çıxış edən deputat Aram Varcanyan ölkəsinin və xalqının gələcəyinin olmadığını bəyan edib.
O, baş nazir Nikol Paşinyanın yürütdüyü xarici siyasətin onları məhvə apardığını deyərək gileylənib.

- Ermənistan son yüz ilin ən ağır günlərini yaşayır. Bu mübaliğə deyil. Biz yox olmaq ərəfəsindəyik. Hökumət erməni xalqına deyil, Azərbaycan və Türkiyəyə sülh vəd edir. Ermənistan bu ölkələr üçün dövlət olacaq. Azərbaycan üçün bu sülh Qarabağın "öz müqəddəratını təyin edən respublika" kimi sıradan çıxarılması, Zəngəzurun isə tutulması deməkdir, - erməni deputat gileylənib.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti İrəvanda hakimiyyət əleyhinə mitinq keçirib. Onlar iki ölkə arasında planlaşdırılan sülh müqaviləsinə etiraz edib, Azərbaycanın torpaqlarına qarşı isə ərazi iddiaları səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi