azia.az
azia.az

Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi - Erməni deputat açıqladı

30-10-2021, 11:07

Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi - Erməni deputat açıqladı
"Paşinyanın strateji yolları qorumaq üçün qoşunların çıxarılması ilə bağlı bəyanatları absurddur".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu oktyabrın 29-da müxalif “Ermənistan” blokunun deputatı Anna Qriqoryan Ermənistan hökumətinin başçısının Milli Məclisin sessiyasındakı son qalmaqallı çıxışını şərh edərkən belə deyib.

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, o, strateji əhəmiyyət kəsb edən yolları itirməmək üçün qoşunların Sünikdən (Zəngəzur - red.) çıxarılması barədə göstəriş verib.

"Mən bildiyimə görə, hazırda Gorus-Qafan yolunun ən azı bir hissəsi Azərbaycanın nəzarətindədir", - Qriqoryan bildirib. O vurğulayıb ki, strateji dövlətlərarası Gorus-Qafanyolunun hissəsi Ermənistanın Paşinyanın əmrindən sonra verdiyi yeganə itki deyil.

“Digər bir yol, həm də strateji əhəmiyyət kəsb edən Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi.

Xüsusilə nəzərə alsaq ki, bu, Ermənistan üçün Meğriyə gedən alternativ yoldur. Onun üzərində bir neçə kənd var. Deməli, onun verdiyi açıqlama heç bir şəkildə əsaslandırıla bilməz”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Çakaten Gəncə quberniyasına aid kənd olub. 1920-ci ildə Zəngəzur ermənilərə qanunsuz olaraq verilərkən, kəndin əsas hissəsi Qafana düşüb.

T.İSMAYIL
Qafan-Çakaten yolu Azərbaycanın nəzarətinə keçdi - Erməni deputat açıqladı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi