azia.az
azia.az

Zaxarova: "Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası..."

24-03-2022, 21:49



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı Ermənistan və Azərbaycan tərəfindən üçtərəfli razılaşmaların yerinə yetirilməsi ilə bağlı məsələləri şərh edib.
Zaxarova: "Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası..."
O bildirib ki, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası və sonrakı demarkasiyasına başlanılması prosesi ilə bağlı müvafiq qurumlar arasında təmaslar davam edir.

“Rusiya, Azərbaycan və Ermənistan arasında baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfl İşçi Qrup çərçivəsində işlər ola bilsin, istədiyimiz qədər sürətli deyil, amma dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi də davam edir”, - deyə XİN rəsmisi qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi