azia.az
azia.az

Biləsuvarın sabiq icra başçısının mənzilləri və avtomobili müsadirə olundu - SİYAHI

18-03-2022, 20:47

Biləsuvarın sabiq icra başçısının mənzilləri və avtomobili müsadirə olundu - SİYAHI
Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayonunun sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan əmlaklar müsadirə olunub.
Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı bunlardır.
1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;
2. "Audi" markalı avtomobil;
3. Bakı şəhərində yerləşən daha bir mənzil.
Bundan başqa "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış mülki iddia təmin olunub.

Qeyd edək ki, Mahiq Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi