azia.az
azia.az

Bakıda böyük məbləğ udan adamın sevinci viral oldu (VİDEO)

18-03-2022, 15:51

Bakıda böyük məbləğ udan adamın sevinci viral oldu (VİDEO)
Bakıdakı mərc oyunuda böyük məbləğdə pul udan şəxsin sevincini əks etdirən video yayılıb.

"Tik-tok" və "Facebook"-da qısa zamanda geniş yayılan video böyük maraq doğrurub.
Ətraflı

Qısa araşdırmadan sonra müəyyən edə bildik ki, video 28 may metrosunun yaxınlığındakı "Misli" məntəqəsində müşahidə kameraları tərəfindən lentə alınıb.

Məntəqədən verilən açıqlamada faktı təsdiqlədilər: "Bəli, həmin görüntülər bizim məntəqədə çəkilib. Sadə bir vətəndaş idi, idman mərc oyununda kifayət qədər ciddi məbləğ qazandı. Amma onun razılığı olmadan kimliyini və uduş məbləğini açıqlaya bilmərik".

Məntəqədən məbləği açıqlamasalar da, "Azərlotereya" şirkətinin rəsmi səhifəsində 17 mart tarixli açıqlamada son günlərdə böyük uduşları qazanan şəxslərin bir qisminin adları açıqlanıb:

100.000 AZN - "Brilliant” ani lotereyası, Şamaxı sakini Elçin Qədimov
50.000 AZN - "Şans ulduzu” ani lotereyası, Beyləqan sakini Elşən Məmmədəliyev
25.000 AZN - Qızıl” ani lotereyası, Qəbələ sakini Qərib Hüsənova, və Füzuli sakini Mahir Qarayev

Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya və idman mərc oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.




Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi