Vüsal Kərimli HƏBS OLUNUR? - İDDİA
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli həbs təhlükəsi ilə üz-üzədir. Bu barədə DİA.AZ-a məlumat verən mənbə iddia edir ki, hal-hazırda Bakə şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan BNA ilə bağlı BŞİH şefi Eldar Əzizovun öz planları var.
Mənbənin söylədikləri: "Eldar Əzizovun BNA şefinə əlahiddə imkanlar tanıyacağı istisnadır. Vüsal Kərimlinin qara günləri irəlidədir. BNA-da yoxlama da aparılacaq və bu təftişin yekunu Vüsal Kərimlinin həbsi ilə yekunlaşacaq. Bunu kimsə inkar edə bilməz.
Ortada böyük pulların cavabdehliyi var. Vüsal Kərimli elə bilirdi kii, Azərbaycanın dövlət büdcəsi onun dədə malıdır. Amma indi ona hər şeyi başa salacaqlar..."
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Mənbə:My Webpage