18 saylı Xüsusi notariusun rəisi Cavanşir Məlikov dövlətə nə qədər vergi ödəyir..? - Cavanşir Məlikov ölmüş adamın imzasını təsdiq edir?
18 saylı Xüsusi notariusun rəisi Cavanşir Məlikov dövlətə nə qədər vergi ödəyir..? - Cavanşir Məlikov ölmüş adamın imzasını təsdiq edir?
Ölkəmizdə fəaliyyət göstərən dövlət notariusları və xüsusi notariuslar barəsində apardığımız araşdırma davam edir.
Oxucular üçün maraqlı olacağını nəzərə alaraq qeyd edək ki, Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxsdir.
Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir.
Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada MİRZƏLƏR adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular. Orta əsrlərdə isə notariat sistemi əsasən İtaliyada və Fransada inkişaf edib və bu ölkələrdən bütün Avropaya yayılıb.
İndi isə keçək ölkəmizdəki notariusların durumuna.
Ötən yazımızda qeyd etdik ki, ölkəmizdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu var.
Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağan olunub.
Əgər belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.
Ancaq ölkəmizdəki notariuslar nəinki sahibkarlıq fəaliyyəti ilə məşğul olur, hətta böyük biznes şəbəkəsinə malikdirlər, böyük torpaq sahələri, tikinti biznesi-filan…
Bəs qanun harada qaldı, cənablar ?
Xüsusi notariuslarla bağlı 2-ci vacib məqam odur ki, kifayət qədər pul qazanan notariuslar dövlətə nə qədər vergi ödəyir..?
Bunun bir statistikası-zadı varmı..?
Axı, Azərbaycanda xüsusi notariuslar kimi fəaliyyət göstərən şəxslər üçün də sosial ödənişlərin məbləği yenilənib. Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə xüsusi notariuslar fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.
Vergi Məcəlləsinin 96.1-ci maddəsinə görə, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Vergi Məcəlləsinin 101.4-cü maddəsində göstərilib ki, xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə gəlir vergisi tutulmalıdır. Məcəlləsinin 150.1.2-ci maddəsində qeyd olunub ki, xüsusi notariuslar eyni zamanda ödəmə mənbəyindən vergi tutmağa borcludurlar. Bu, əsasən, alğı-satqı müqavilələri üzrə tutulan vergilərə aiddir.
Biz hələ xüsusi notariusların ödəməli olduğu sosial sığorta haqları barədə uzun-uzadı yazmaq istəmirik.
Nə isə bir az yorucu olan, lakin vacib girişdən sonra keçək konkret xüsusi notariusların fəaliyyətinə.
Belə xüsusi notariuslardan birinin adını, ünvanını Xətai Rayon İcra Hakimiyyətinin saytından tapa bildik.
Söhbət xüsusi notarius Məlikov Cavanşir Balaəhməd oğlundan gedir. ( telefon: 370-07-01 )
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, xüsusi notarius Cavanşir Məlikovun rəhbərlik etdiyi bu qurumda yaxın qohumların əvəzində qoyulan imzaların təsdiqi adi hal alıb. Ümumiyyətlə, Cavanşir Məlikovun fəaliyyətində ciddi qanun pozuntuları var.
Xüsusi notarius Cavanşir Məlikov hətta bir neçə il əvvəl dünyasını dəyişmiş vətəndaşların imzalarını belə təsdiq etməkdən qətiyyən çəkinmir.
Hətta avtomobillərin alqı-satqısı zamanı ciddi qanun pozuntularına yol verilir, cinayət xarakterli əməllər olur.
Məhkəmələrdə kiminsə avtomobilinə sahib çıxmaq, kiminsə qanuni mənzilini, yaxud torpağını ələ keçirmək halları ilə bağlı xeyli sayda işlər var. Ki, bunların çoxu notariusların qanunsuz əməlləri nəticəsində baş verib.
Bəli, bir çox notariuslar dələduzlarla birgə bu əməlləri törədirlər.
Çox təəssüf ki, Ədliyyə Nazirliyi bu kimi hallara qarşı ciddi münasibət göstərmir. Guya, elə belə də olmalıdır.
Yuxarıda qeyd etdiyimiz qanunsuz əməllər Cavanşir Məlikovun qurumunda da baş verir.
Bütün bunlara aydınlıq gətirmək üçün dəfələrlə Cavanşir Məlikovla telefon əlaqəsi (370-07-01 ) yaratmağa cəhd etsək də telefona cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.