azia.az
azia.az

MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub

4-03-2022, 22:32

MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın alim qadınlarının, şəhid anaları və xanımlarının, eləcə də kitabxana oxucuları və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
MEK-in baş direktoru professor Məmməd Əliyev başda birinci xanım Mehriban Əliyeva olmaqla Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmiş xanımların, ümumilikdə cəmiyyətdə əvəzsiz rolu olan bütün Azərbaycan qadınlarının bayramını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
“Bu gün həm də, kitabxanada həfətəboyu davam edəcək “Akademik qadınların kitab sərgisi”nin açılışıdır. Sərgidə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas-alim professor Aida İmanquliyeva, AMEA-nın vitse prezidenti, akademik Nərgiz Paşayeva, akademik Gövhər Baxşəliyeva, akademik Ədilə Namazova, akademik İzzət Orucova, akademik İradə Hüseynova, akademik Nərgiz Axundova, akademik Nailə Vəlixanlının və digər alim qadınlarımızın məhsuldar elmi fəaliyyətlərini özündə cəmləşdirən nəşrlər təqdim olunur”- deyə, professor Məmməd Əliyev çıxışı zamanı bildirib.
AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva çıxışı zamanı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qadınların ölkənin hər sahəsində, o cümlədən akademiyanın ictimai-mədəni həyatında fəal təmsil olunduqlarını diqqətə çatdırıb. Dahi liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdiyini vurğulayıb. Natiq həmçinin, qadın alimlərimizin elmin inkişafındakı rolundan və elm sahəsinə verdikləri töhfələrdən də bəhs edib.
“Qadın ailənin, cəmiyyətin təməlidir. Qadınlar nə qədər xoşbəxt olsa, cəmiyyətimiz də bir o qədər xoşbəxt olar” - bu fikirləri AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova tədbirdəki çıxışı zamanı bildirib.
Tədbirdə digər çıxış edənlər, Xocalı sakini Dürdanə Ağayeva, şəhid Bəhmənli Manafın anası, şəhid Süleymanov Raufun anası, AMEA-nın əməkdaşı və 44 günlük Vətən müharibəsinin iştirakçısı Rəqsanə Əsgərova Azərbaycan xanımı olduqlarını fəxr hissi səsləndiriblər. Bildirilib ki, qadınlar bu gün bütün dünyada sülh içində yaşamaladırlar.
MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub
MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub
MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub
MEK-də Beynəlxalq Qadınlar günü münasibətilə “Akademik qadınların kitab sərgisi”nin açılışı olub

Bədii hissədə ADU-nun əməkdaşı Şahverən Babayev və MEK əməkdaşı Mətanət Muxtarovanın ifalarında “Ana” mahnısı dinlənilib.
Tədbirin sonunda fəaliyyəti ilə seçilən qonaqlara, eləcə də MEK-in qadın əməkdaşlarına Təşəkkürnamələr və kitabxana adından simvolik hədiyyələr təqdim olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi