azia.az
azia.az

Şəhidə böhtan atılmasına görə həbs olunana azadlıq tələb etmək hansı əxlaqa sığır? – İLGİNC TƏFƏRRÜAT

2-03-2022, 12:03

Şəhidə böhtan atılmasına görə həbs olunana azadlıq tələb etmək hansı əxlaqa sığır? – İLGİNC TƏFƏRRÜAT
Məhkəmənin önü.

Polis maşınından məhkəmə önündə toplaşanlara ünvanlanan “Məsafə saxlayın!”, “Sıxlıq yaratmayın!” və sair səslər eşidilir. Lider donuna girmiş Kərimli təmkinini qoruya bilmir, əsəbləşir.

Bu səslərə illərin təcrübəsi sayəsində formalaşmalı olan soyuqqanlı davranma vərdişindən əsər-əlamət yoxdur.

Nə baş verir? Bəlkə səhhətində, psixoloji durumunda hansısa problemlər yaranıb? Bəlkə yaş öz sözünü deyir? Bəlkə müalicə gərəkdir?

Bəlkə bu gərginlik kollektiv şəkilçəkdirmədən irəli getməyən partiyadaxili idarəçilik spekulyasiyasından yaranıb? Bəlkə ümumiyyətlə idarəetmə sükanı tədricən əlindən gedir deyə gərgindir və yaxud da illərdir partiyanın yedəyində daşınan “Milli Şura” adlı ölülərin dirildilməsi ilə məşğul olan qurumdan təngə gəlib? Bəlkə növbəti qrant mənbəyi olmalı olan, lakin Eldar Həsənovdan (və perspektivdə daha kimlərdənsə) siyasi məhbus yapmaqla məşğul olan “Müdafiə Xətti” adlı hüquqbazlar qurumunun həddən ziyadə müstəqil davranmasıdır adamı tükədən?

Suallar çoxdur. Amma bu sualların cavabı ictimaiyyətdən çox, onun özünü narahat etməlidir. Biz isə onun öz dediklərini saatlar və hətta dəqiqələr sonra inkar etməsi ilə bağlı mövzudan söz açmaq istəyirik. Yekunda yenə də komsomol katibinin yaşı, başı və səhhəti mövzusuna geri dönərik.
Şəhidə böhtan atılmasına görə həbs olunana azadlıq tələb etmək hansı əxlaqa sığır? – İLGİNC TƏFƏRRÜAT
Hərbçilərimizin işgəncəyə məruz qalması və hətta ölüm faktlarının da olması ilə gündəmdən çıxmayan müəmmalarla dolu “Tərtər işi”nin təkrar istintaqı prosesinin Baş Prokurorluğun nəzarətinə verilməsi bu işin müəmmalı tərəflərinin açılmasında dövləti məsuliyyətin və iqtidarın marağının olmasından xəbər verir. Odur ki, müstəqil ekspertlərin, araşdırmaçıların bu işlə bağlı çalışmalarına heç bir süni əngəlin yaradılmasına rast gəlinmir. Belə araşdırmaçılardan biri də bu günlərdə həbs olunmuş İlham (Aslanoğlu) Təhməzovdur. İlham Təhməzovun 5 aylıq müddətə həbsi və araşdırmalarının təqdim olunduğu “youtube” kanalının sahibi, Londona köç etmiş Qurbanla yanaşı Kərimlinin də bu şəxsə azadlıq tələb etməsi çoxlarının tanımadığı bu şəxsin həbsinin motivlərinin nə olmasına cəmiyyətdə haqlı maraq yaratmış oldu. Doğurdanmı Əli Kərimlinin dediyi kimi hakimiyyət Tərtər işinin açılmasında maraqlı deyil və o səbəbdən İ. Təhməzov həbs edilib? Əlbəttə ki, xeyr. Belə olmuş olsaydı, nə istintaqa cəlb olunanlara, nə həyatını itirmiş hərbçilərə bəraət verilməzdi və təkrar istintaq prosesi başladılmazdı.

İlham Təhməzovun həbsinin motivi tam fərqlidir və onun bu həbsinin əsl səbəbi bir şəhidimizin haqqında onun “dırnaqarası şəhid” ifadəsini işlətməsi və buna görə şəhid atası tərəfindən şikayət muraciətinin olunmasıdır. Təhməzovun məhkəmədə işlətdiyi ifadəni faktla təsdiq edə bilməməsi və yekunda bu ifadənin şəhidə atılan böhtan olaraq dəyərləndirilməsi onun 5 aylıq müddətə həbsinə gətirib çıxarıb. Yəni, bu həbsdə hər hansı hüquq pozuntusu faktı yoxdur ki, kimsə qalxıb yalançı təəssübkeşliklə azadlıq tələbi hayqıra. Əgər məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşmış olsaydı, əlbəttə ki, ilk öncə şəhidə böhtan atılmasından yazardı. Amma yox.

Əli Kərimli şəhidə böhtan atılmasına görə həbs olunan adama azadlıq tələb edir. Və maraqlı olan odur ki, bu tələbin ertəsi günü DYP-nin adi prosedur qaydasına əsasən müəyyən müddətdən sonra yol-nəqliyyat hadisəsi törətmiş şəxsin adına (indiki halda sonradan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş şəxsə) gəlmiş məlumat xarakterli məktuba görə hakimiyyətin üzr istəməsi tələbini irəli sürür. Çox maraqlıdır. Cəmi iki ardıcıl gün; birinci gün şəhidə böhtan atan birinə azadlıq tələbi, ikinci gün isə şəhidin adına gəlmiş sıradan prosedur xarakterli məktuba görə hakimiyyətdən üzr tələbi. Maraqlıdır və həm də çox qəribə, təzadlı yanaşmadır.

Olmaya üç-beş gün əvvəl öz kanalında hiyləgərcə növbəti gedişini edib “bəli, mən Azərbaycanda prezidentliyə layiq bir nəfəri görürəm, o da Əli Kərimlidir” deyən Qurban Məmmədovun bu komplimentinə müvafiq jest edilib bu azadlıq tələbilə? Ola bilər. Niyə də axı olmasın? Axı bu özünəvurğunluq azarı elə-belə, sıradan bir azar deyil. Kimləri-kimləri ağıldan etməyib bu azar. Bir nəfər az, bir nəfər çox. Nə olacaq ki?

Qayıdaq əvvələ. Bəli, azar var. Qoyulan diaqnozun nə dərəcədə doğru olduğunu bilmək üçün isə bundan sonra adamı sadəcə daha diqqətlə müşahidə edin. Bundan sonra onda bu azarın əlamətlərini görmək istəyənlər mütləq görəcəklər.

Ətrafındakı sağlam düşünmək qabiliyyətli adamlara (əlbəttə ki belələri yox deyil) tövsiyə edirik ki, müalicəyə ehtiyacı olduğunu “lider”ə başa salsınlar və təkrar-təkrar xatırlatsınlar. Axı o boyda Qurban onu prezidentliyə layiq bilib. Axı bugün-sabah alacağı qrantlara, pul transferlərinə Qərbin erməni sevdalısı təşkilatlarının “Stop!” verdiyi Xədicə İsmayılın əvəzinə həmən ermənipərəst dairələr ona stavka edə bilərlər. On-onbeş dəqiqənin içində əvvəlcə özü özünü təkzib və inkar edən birinə güvənərmi heç “qərbli qurbanolduqlarınız”?

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi