azia.az
azia.az

“Qarabağı Rusiya mədəni şəkildə işğal edib”– Erməni siyasətçidən SENSASİON açıqlama

20-02-2022, 12:18

Rusiya sülhməramlıları Qarabağda öz gizli missiyasını həyata keçirdir. Son günlər Qarabağa gələn rusiyalı şovinistlər ərazidə Rusiya sevgisi aşılayır.
“Qarabağı Rusiya mədəni şəkildə işğal edib”– Erməni siyasətçidən SENSASİON açıqlama
Rusiya sülhməramlıları ərazidəki məktəblərə rus dilində ədəbiyyat paylayır, yerli sakinlərin özünümüdafiə tədbirləri keçirməsinə, səngərlər qazmasına şərait yaradır. Maraqlıdır ki, bu günə qədər Rusiya Müdafiə Nazirliyi öz açıqlamalarında bir dəfə də olsun Qarabağdakı rayonları öz adları ilə təqdim etməyib. Rusiya öz missiyasının gaha geniş alanda həyata keçirməyə davam edir. Son günlər erməni təxribatlarının artması onu deməyə əsas verir ki, Rusiya sülhməramlı qüvvələri ərazini öz planlarına uyğun idarə edirlər. Görünən odur ki, Rusiya Qarabağda yeni Donbass yaratmaqla məşğuldur. Erməni mediası iddia edir ki, Rusiya Qarabağda erməni sevgisini aşılatmaqla ərazidə yeni müharibə ocağına özü nəzarət etmək istəyir.
Xəbər verilir ki, erməni siyasətçisi, ictimai xadim Bella Lalayan erməni mediasına müsahibəsində bildirib ki, Rusiya Qarabağı öz ərazisi kimi idarə edir:”İndi Qarabağ nə bizim , nə də Azərbaycanındır. Qarabağda Rusiya hakimlik edir. Onlar Qarabağı mədəni şəkildə işğal edib. Sülməramlı məktəblərdə təbliğat aparmalı deyil, sülhməramlı təlim keçməli deyil. Amma Rusiyalı sülhməramlılar burada yaşayan ermənilər arasında gizli təbliğat aparmaqla bu ərazilərin Rusiyanın nəzarətində olduğunu deyirlər.”

Görünən odur ki, Rusiyanın apardığı oyun davam edir.My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi