Cahangir Əsgərovun yerinə görün hansı nazir gəlir
Fevralın 19-da saat 10:00-da Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
Azia.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, qruma rəhbər olaraq kənd təsərrüfatı naziri İnam Kərimovun namizədliyinin irəli sürüləcək.
Məlumata görə, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərov yenidən bu posta sahib olmaq üçün namizəd olmayacaq. Ölkə.az