azia.az
azia.az

Etiraz etdikləri məmurların adını “TIR”lara yazıb, yolu kəsdilər — VİDEO

17-02-2022, 10:58

Etiraz etdikləri məmurların adını “TIR”lara yazıb, yolu kəsdilər — VİDEO
Bakıda TIR sürücüləri yolu bağlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb.
TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi