azia.az
azia.az

6 aydır sürülməyən maşına cərimə yazıldı - DYP-dən AÇIQLAMA - VİDEO

22-01-2022, 10:05


Goranboy sakini iddia edir ki, avtomobilini son bir neçə aydır idarə etmədiyi halda ona cərimə gəlib. Məsələyə Baş Dövlət Yol Polisindən də münasibət bildirilib.

6 aydan artıqdır ki, idarə edilməyən avtomobilə 50 manat məbləğində cərimə yazılıb.
''10-FA-782'' dövlət qeydiyyatlı nişanlı minik maşını Ələt-Astara-İran yolunun 59-cu kilometrliyində texniki baxışdan keçmədiyinə görə kamerlara düşərək cərimələnib. Hadisə Goranboy rayon Sarov kənd sakini Elnur Kərimovun başına gəlib.
6 aydır sürülməyən maşına cərimə yazıldı - DYP-dən AÇIQLAMA - VİDEO
Sürücü iddia edir ki minik maşınını həyətdən çıxarmadığı halda ötən ilin dekabr ayının 26-da ona məktub gələrək cərimə edildiyi bildirilib. Sürücü ona məxsus olan avtomobilin yararsız vəziyyətdə olduğunu, nəinki Goranboyda idarə etdiyini, heç yaşadığı kənddəki həyətdən kənara çıxarmadığını bildirib.
Goranboy sakini baş verən hadisə ilə bağlı adiyyətı qurumları da məlumatlandırıb. İndi onun əsas istəyi ona məxsus 10-FA-782 qeydiyyat nişanının axtarışa verilib hansısa başqa avtomobildə olmasını aşkarlamaqdır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev ''Xəzər Xəbər''ə bildirdi ki, məsələ artıq araşdırılıb. Sürücüyə tərtib olunan elektron protakol texniki səhvdir. O, sürücüyə ünvanlanan elektron protakola artıq xitam verildiyini də qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi