Rusiya "Turan" adı altında SSRİ-ni bərpa edir. Ssenariyə diqqət edək:
1. 2021-ci ilin dekabrında Putin Dövlət Dumasına "Rusiya federasiyasının vətəndaşlığı haqqında" qanun layihəsi təqdim etdi. Bu qanun keçmiş SSRİ vətəndaşlarının və onların övladlarının Rusiya vətəndaşlığı almasını asanlaşdırır. Bura azərbaycanlılar da daxildir. Bu qanunla Rusiya keçmiş SSRİ xalqlarını, eləcə də azərbaycanlıları münbit və "möcüzəvi" şərtlər daxilində Rusiya vətəndaşlığı almağa dəvət edir. Rusiya vətəndaşlığını qəbul edən şəxslər üçün çox ciddi güzəştlərdən söhbət gedir. Bu güzəştlər kasıb təbəqənin yaşam hədəflərinə hesablanıb. Neçə ki vaxtilə SSRİ fəhlə-kəndlilərin arzu və istəklərini reallaşdıran şərtlər əsasında qurulmuşdu. Buyur, 17 milyon kavadrat kilometr ərazisi olan Rusiya sənə böyük torpaq sahələri də vəd edə bilər. Bir müddət sonra xalqların qarşısında belə bir seçim olacaq: ya milli dövlətçilik, ya demokratiya, ya da vassalıq… Birini seçməli olacaqsan. Qərbin çürük demokratiyasını seçsən, öz dövlətçiliyin, suverenliyin, sabitliyin sual altına düşəcək. Rusiyanın vassallığını seçsən, keçmiş SSRİ bu dəfə Avrasiya İttifaqı şəklində bərpa olunacaq və sən də vassala çevriləcəksən.
2. Artıq Rusiya telekanallarında keçmiş sovet vətəndaşlarının əmək nəğmələri, SSRİ zamanında verilən hava proqnozları, mahnılar göstərilməyə başlayıb.
3. Keçmiş SSRİ-yə daxil olan, bu gün isə Rusiya ilə həmsərhəd olan ölkələrə "sülhməramlı" adı altında rus hərbçiləri yerləşdirilir. Paşinyana KTMT-nin sədrliyini hədiyyə edən Rusiya SSRİ-nin bərpası prosesində "erməni kartı"nı işə salmaqdadır. Rusiya Qarabağda ağır mğlubiyyətə və depressiyaya duçar olan Ermənistana "sülhməramlı vizası" verir və bu gün Qazaxıstana sülhməramlıların göndərilməsi ilə bağlı qərarı da məhz Paşinyan verməli olur. Gülməli və acı mənzərədir.
4. Rusiya üçün növbəti hədəf - aralarında sərhəd problemləri olan Qırğıstanla Tacikistandır. Hər iki ölkə arasında sərhəd, demarkasiya problemi var. Ümumiyyətlə, Mərkəzi Asiya sərhəd problemlərinin ən çox olduğu coğrafiya kimi diqqət çəkir. Hər iki ölkə arasındakı 976 kilometrlik sərhəddin təxminən yarısında demarkasiya işləri aparılıb. Qalan ərazilər hələ də Tacikistanla Qırğısıstan arasında mübahisəli ərazidir. Böyük ehtimal Rusiya öz sülhməramlılarını bu ölkələrə də yeridəcək. Qazaxıstan kimi Tacikistanla Qırğızıstan da KTMT-nin üzvləridir. İndi siz təsəvvür edin, FETÖ-nun hakimiyyətdə olduğu Qırğızıstanda arzuolunmaz hadisələr baş versə, Rusiya və ABŞ bu regionu hansı hala gətirəcək… Rusiya Qazaxıstana girməyib, onsuz da orada idi. Neçə ki bütün Sovet ölkələrində öz mövcudluğunu müxtəlif şəkildə saxlayıb.
P.S. Ömürlərinin böyük bir hissəsini bozqurd işarəsi tutmaqla keçirən həmvətənlərimiz bir həqiqəti çoxdan anlamalı idilər: Turan ideologiyasının banisi anası rus olan alman əsilli alim Mönhendir. Bu haqda ətraflı, daha sonra...
Ümumiyyətlə, Turan deyilən bir şey yoxdur. Bütün bunlar əfsanələr, nağıllardır. Nə qədər ağır olsa da, bunu qəbul etmək lazımdır. Sadəcə bunu bizə "milli ideologiya" kimi sırımaqla insanları real və praktiki hədəflərdən yayındırırlar. Guya Turan Birliyi Rusiyanı narahat edir, Rusiya bundan qorxur. Qətiyyən! Elə bu birliyi yaradan da Rusiyadır. Nə özümüzü aldadaq, nə başqasını... Baxırsan ki, əyninə şalvar ala bilmir, sabah bir tikə çörək qazanacağına inanmır, amma Turanın qurulacağından danışır. Yeganə məqsədimiz Azərbaycan dövlətini qoruyub saxlamaq, möhkəmlətmək olmalıdır. Ordunu, sosial həyatı, iqtisadiyatı təsəvvür olunmayacaq dərəcədə gücləndirmək lazımdır. 2022-ci ilin sonuna qədər zamanımız var.
Samir Feyruzov