azia.az
azia.az

Hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhidlik statusu verilə bilər...

4-01-2022, 10:26

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olan hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilməyib.
Hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhidlik statusu verilə bilər...
Məlumata görə, mərhum pilotun həmyerlisi, araşdırmaşı jurnalist Səbinə Yusif hökumətə təklif edib ki, hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhidlik statusu verilsin.

Müraciəti olduğu kimi təqdim edirik :

Azərbaycanın Qəhrəman oğlu, əslən Qazax rayonundan olan, hələ də nəşi tapılmayan (29 yanvar, 2008-ci il. 13 ildir nəşi tapılmayıb) hərbi pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verilməyib.

"Bəs siz niyə dönmədiniz, Qəhrəman Eloğlumuz, sanki Göy yarıldı Göyə çıxdınız. Yoxsa yermi parçalandı, gedər gəlməzə getdiniz.

Hələ də Şəhidlik statusu almayan İgid Azərbaycan oğlu. Bir çox yüksək rütbəli zabitin müəllimi, sizin haqqınız niyə verilmədi? Niyə O Mübarək Şəhid adı rəsmi olaraq sizin adınıza da verilmədi?! Fədakar, Qəhrəman, Qorxmaz, Hərbi sirləri dərindən bilən Komutan, nədən sizə qarşı biganəlik oldu? Bir gülüşünüz bir dünya idi. Bir addımınız böyük uğur idi. Şərəfli Zabit ömrü yaşayan Qəhrəman Eloğlumuz, siz yaşayacaqsınız milyonların qəlbində! Vətənini, Xalqını, haqq-ədaləti sevən hər kəsdən xahiş edirəm, paylaşın. Onun müəllim anası oğul həsrəti ilə dünyasını dəyişdi".

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir.

İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyev səsimizi eşidəcək. Polkovnik-leytenant Əsgərov Fəxrəddin öz halal adına - Şəhidlik statusuna layiq görüləcək.




Xatırladaq ki, Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib.

1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur.

Ailəsi
Fəxrəddin Əsgərov evli və 2 övlad atası idi.

Hərbi fəaliyyəti
1996–2006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib.

2006–2008-ci illərdə isə başqa bir hərbi hissədə qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, Su-17, Su-25, MiQ-29 tipi döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak etmişdir.

10 dekabr 2005-ci il tarixdə 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olmuşdur. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olmuşdur. Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunmuşdur.

Vəfatı

2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir.

Təltifləri

Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı
Hərbi xidmətlərə görə medalı
Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı
Mediaxeberleri.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi