azia.az
azia.az

Vəzifəyə görə Polad Həşimov heç zaman istefa ərizəsi yazmazdı

2-01-2022, 10:06

Səmayə anamızın dediklərini dəlil kimi qəbul edərək Kərəm Vəliyevi qatil çıxarmaq ağılsızlıqdır. Hissə qapılmayın, məntiqli olaq. Başa düşürük, Səmayə ana şəhid anasıdır və şəhid valideynlərinin işlətdiyi hər bir ifadə ciddi rezonans doğura bilər. Heç olmasa, bunu nəzərə alın. Səmayə ananın çıxışı onun incik olduğunu göstərir və K.Vəliyevi oğlunun qatili adlandırması emosional hisslərin nəticəsidir.
Vəzifəyə görə Polad Həşimov heç zaman istefa ərizəsi yazmazdı
Birinci və ən vacib amil: Kərəm Vəliyev Türkiyə təhsilli Polad Həşimovu öldürsəydi, müharibədən sonra K.Vəliyev Silahlı Qüvvələrin Baş Qərargahı vəzifəsinə təyin oluna bilməzdi. Ən azı Türkiyə buna imkan verməzdi.
İkincisi, mənim dəqiq bildiyimə görə, şəhid general-mayor Polad Həşimovla general-polkovnik Kərəm Vəliyev çox yaxın dost olublar. Hətta P.Həşimovun inkişafında K.Vəliyevin ciddi rolu olub. Şəhid generalımız dəfələrlə məclislərdə, zabitlərin içərisində K.Vəliyevi özünə müəllim hesab etdiyini bildirib.

K.Vəliyev olduqca peşəkar zabitdir, əsgərlərimizlə bərabər Qarabağ müharibəsində döyüşən əvəzsiz hərbçidir. P.Həşimovun ölüm xəbərini onun səsi ilə eşitmək hər bir azərbaycanlıya güc, qüvvət vermişdi. Yadınıza salın!

Üçüncüsü, P.Həşimovun K.Vəliyevin yerinə gəlməsi hətta nəzəri olaraq, mümkün deyildi. Səbəbləri açıqlamaq doğru deyil. Həyamıza sahib çıxaq, insanları məcbur etməyin ki, burada hərbi məsələləri açıb töksün.

Bir çoxlarının əlinə isə fürsət düşdü. Şəhid anasının emosional sözlərindən sui istifadə edənlər isə tələyə düşdülər. Artıq erməni mediası yazır ki, P.Həşimovu azərbaycanlılar öldürüblər. Özü də başqa səbəblər yazırlar. İndi nəyə sevinirik biz?

P.Həşimovu şəxsən tanıyan adam kimi deyirəm, onun heç bir yüksək vəzifədə gözü olmayıb. III korpusun Qərargah rəisi kimi o, orada lazım idi.

Səmayə ananın çıxışında xeyli ziddiyyətıi məqamlar var, təkzib xarakterli.... Amma şəhid generalın anasının fikirlərini təftiş etmək bizə də düşməz.

Qısası, mən inanmıram, bu, mümkün deyil. Özünüzə gəlin! Burada çox məsələləri yazmaq olmur. Sadəcə ayıbdır ki, öz dövlətinə balta çalmaq üçün növbə gözləyənlər şəhid anasından da istifadə etdilər.

Fürsətcillər artıq iş başındadır. Səmayə ananın hər şeyə görə qarşısında baş əymək borcumuzdur. Nə etsə, belə... Amma bundan istifadə edənlər xaindir. Bu qədər sadə və bəsit! Səmayə anaya yanlış məlumat verilib və bu məlumat verən şəbəkə aşkara çıxarılmalıdır. Səmayə ana hərbçi deyil, o, sadəcə yanlış məlumat və emosiya üzərində belə bir çıxış edib. Məqsədləri də bəllidir. Əgər bu ittihamı sadə vətəndaş səsləndirsəydi, effekt verməyəcəkdi. Şəhid anasının səsləndirməsi isə rezonans doğuracaqdı. Yüksək vəzifə verilmədiyinə görə P.Həşimov heç vaxt istefa ərizəsi yazmazdı. O, belə adam deyildi.

Samir Feyruzov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi