azia.az
azia.az

Azərbaycan ordusuna yeni raketlər alınıb, müharibədə sərf olunan sursatın yeri doldurulub

29-12-2021, 22:32


Azərbaycan ordusuna yeni raketlər alınıb, müharibədə sərf olunan sursatın yeri doldurulub
Azərbaycan ordusunun Türkiyə ordusunun modelinə uyğunlaşdırılması prosesi davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə bu haqda danışıb. Onun sözlərinə görə, Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb.
Azərbaycan ordusuna yeni raketlər alınıb, müharibədə sərf olunan sursatın yeri doldurulub


Eyvazov deyib ki, azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb: "Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir".

Nazirliyin sözçüsü onu da bildirib ki, Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib.

Azərbaycan ordusuna yeni raketlər alınıb, müharibədə sərf olunan sursatın yeri doldurulub
Azərbaycan ordusuna yeni raketlər alınıb, müharibədə sərf olunan sursatın yeri doldurulub

"Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb. Hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub”, - A.Eyvazov belə deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi