“Heç pul da istəməyəcəklər” - Deputat tələbələri Qarabağdakı tikintilərdə işlətməyi təklif etdi
"Azərbaycanda Tələbə İnşaat Dəstələri yaradılmalıdır".
Azia.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Millət vəkili Gənclər və İdman nazirinə səslənib:
"Azərbaycan tələbələrindən Tələbə İnşaat Dəstələri yaradılmalıdır. Niyə bizim tələbələr Qarabağda tikintidə iştirak etməsinlər? 10 min az rəqəm deyil. Yay tətilinə hələ xeyli zaman var. O vaxta qədər bu təklifim barədə Gənclər və İdman Nazirliyi bir iş görməlidir. Vallah, tələbələr heç pul da istəməyəcək. Müharibəyə gedəndə pulmu istədilər, tikintiyə gedəndə də istəsinlər?!"