Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalar aparır
Türkiyə Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalar aparır
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) tabe olan şirkətlərə təyin olunan kadrlar arasında terrorçuların olduğu şübhəsi ilə təftişə başlayıb.
Bu barədə Türkiyə DİN-in “twıtter” səhifəsindən açıqlama yayılıb. Bildirilib ki, İBB-yə tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), 2-si Marksist Kommunist Partiyası (MKP) olmaqla, həmçinin, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək DİN tərəfindən xüsusi yoxlama başlanılıb.