SON DƏQİQƏ! Hər kəs oxusun - Bundan sonra 5 il... Milli Məclis QƏRAR VERDİ
Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.
Azia.az bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.
Beləliklə, Məcəlləyə və qanuna əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.