azia.az
azia.az

Serj Sarqsyan etiraf etdi: "Ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi"

18-12-2021, 20:21


Serj Sarqsyan etiraf etdi: "Ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi"
Serj Sarqsyan etiraf etdi: "Ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi"
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan sədri olduğu Respublika Partiyasının qurultayında çıxış edərkən günahlarını etiraf edib. O qeyd edib ki, hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi: “Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim. Rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuma alıram".

Qeyd edək ki, Serj Azad oğlu Sarqsyan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. Keçmiş Dağlıq Qarabağdakı erməni separatçı-terrorçularının rəhbərlərindən biri olub. O, müxtəlif illərdə Ermənistanın milli təhlükəsizlik naziri, daxili işlər habelə müdafiə naziri vəzifələrində işləyib. S.Sarqsyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub. (“Sputnik Armeniya”)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi