azia.az
azia.az

DİN-dən Bakıdakı aksiya ilə bağlı açıqlama - Qaynar.Tv

15-12-2021, 18:16

DİN-dən Bakıdakı aksiya ilə bağlı açıqlama - Qaynar.Tv
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Fəvvarələr meydanındakı aksiya ilə bağlı açıqlama yayıb.

Qaynar.tv açıqlamanı təqdim edir:

Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi