azia.az
azia.az

Bu rəng baş ağrılarını müalicə edir

9-12-2021, 09:05

Bu rəng baş ağrılarını müalicə edir
Harvarda Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, güclü baş ağrısı, miqren zamanı yaşıl rəng ağrıların intensivliyini azaldır.

Bildirilir ki, eksperiment zamanı güclü baş ağrılardan əziyyət çəkən insanları 20 dəqiqə ərzində müxtəlif rəngli (ağ, göy, qırmızı, yaşıl) işıqla işıqlandırırdılar. Daha sonra iştirakçılar öz vəziyyətini (ağrıların və diskomfortun azalıb-azalmamasını və s.) qiymətləndirirdilər. Əksər iştirakçılarda işiqlandırma ağrıların güclənməsinə səbəb olurdu. Yalnız yaşıl işıq diskomfortun və ağrıların azalmasına kömək edirdi.

NewScientist xəbər verir ki, araşdırmanın müəllifləri baş ağrıları və miqren tutması zamanı yaşıl linzaları olan eyməkləri taxmağı və ya xəstə olan otağı yaşıl işıqla işıqlandırmağı tövsiyə edirlər.milli.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi