azia.az
azia.az

Özünü “prezidentin qulu” adlandıran keçmiş nazir müavininin biznesi aşkarlandı

7-12-2021, 10:30

Özünü “prezidentin qulu” adlandıran keçmiş nazir müavininin biznesi aşkarlandı
Keçmiş gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çoxlu sayda iri şirkətlərin sahibidir. Keçmiş məmurun biznes imperiyası ilə bağlı məlumatı bloger Cavanşir Həsənli yayıb.


Xatırladaq ki, İsmayıl İsmayılov 15 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb. Lakin o, işdən çıxarıldığı gün jurnalistlərə müsahibəsində “prezidentin qulu” olduğunu deməsi ilə məhşur olub.

Cavanşir Həsənli qeyd edir ki, İsmayıl İsmayılov əvvəllər “Qəbələ Atıcılıq Klubu” MMC-yə rəhbərlik edib, eyni zamanda “GİLAN İNŞAAT” MMC və “QƏBƏLƏ SPORT STORE” şirkətlərinin qanuni nümayəndəsi olub.

İsmayıl İsmayılovun oğlu isə “AFB Bank”ın binasını və “Baku City Tower”-i tikdirməsi ilə tanınan CORE CONSTRUCTİON şirkətinə rəhbərlik edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi