Türkiyə Prezidenti müxalifətin çoxminli mitinqi barədə yayılanlara reaksiya verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğliunun iştirakı ilə Mersində keçirilən mitinqə münasibət bildirib.
Xəbər verilir ki, Ərdoğan ölkənin cənub-şərqindəki Siirt şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, onun mitinqinə Xalq Cümhuriyyət Partiyasının mitinqindən daha çox adam gəlib.
"O (Kılıçdaroğlu) Mersində bizim Siirtdəki qədər insan toplaya bilmədi. Bizdən daha geniş bir ərazi ayırmağı xahiş etdi, amma heç olmasa onu doldursun", - Ərdoğan deyib.
Türkiyə lideri vətəndaşları milli iqtisadiyyata inamı qorumağa çağırıb: "Biz gələn ilin birinci yarısında qiymət konyukturasının sabitləşməsinə nail olacağıq və istənilən ədalətsiz qiymət artımına qarşı qətiyyətlə mübarizə aparacağıq".
Bundan əvvəl Türkiyənin əsas müxalifət partiyalarının liderləri Ərdoğanı lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda erkən seçkilərə çağırıblar. O israrla vurğulayıb ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək.