azia.az
azia.az

“Bayraktar” erməni tanklarını və maşınlarını BELƏ darmadağın etdi – “Forbes”

4-12-2021, 15:06

“Bayraktar” erməni tanklarını və maşınlarını BELƏ darmadağın etdi – “Forbes”
“2020-ci ildə “Bayraktar TB2” pilotsuz uçuş aparatları erməni tanklarını və digər maşınlarını darmadağın etdi. Rusiyanın Ermənistana verdiyi hava hücumundan müdafiə sistemləri onları dayandırmaqda aciz qaldı”.

aZİA.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” jurnalının Ukrayna ilə Rusiya arasındakı mümkün müharibə ilə bağlı məqaləsində yazılıb.

Türkiyənin İdlibdə həyata keçirdiyi əməliyyatlarda, keçən il Azərbaycanın Ermənistan üzərindəki qələbəsində və Polşaya satılan 24 ədəd Türkiyə PUA-ları beynəlxalq medianın gündəmindən düşmür.

ABŞ-ın nüzuflu “Forbes” jurnalının tanınmış jurnalisti Devid Hamblinq Ukrayna ilə Rusiya arasındakı böhranı təhlil edib. Bildirib ki, Ukraynada “Bayraktar”ın olması baş verə biləcək mümkün müharibənin gedişatını dəyişə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi