azia.az
azia.az

Mədət Quliyev: "İnsanların işə velosipedlə getmələrinə çalışmalıyıq"

27-11-2021, 13:42

Mədət Quliyev: "İnsanların işə velosipedlə getmələrinə çalışmalıyıq"
"Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Federasiyamızda gözəl infrastruktur yaradılıb". Azia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti seçilmiş Mədət Quliyev mətbuat konfransında deyib. M.Quliyev bu idman növünə sevgi yaranması üçün əllərindən gələni etmələrinin vacibliyini vurğulayıb: "Çalışmalıyıq ki, insanlar işlərə və s. yerlərə velosipedlə getsin. Federasiya olaraq peşəkar idmançılar yetişdirmək istəyirik. Elçin Əsədov Olimpiya Oyunlarında iştirak edib. Regionlarda bu idman növünə marağı artırmalıyıq. Öz kadrlarımızın üstündə işləməyə çalışacağıq. Böyük nailiyyətlər əldə edəcəyimizə inanıram. Dünyada 40-a yaxın peşəkar velosiped komandası var. Çalışmalıyıq ki, ölkəmiz də burada təmsil olunsun".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi